GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə fəaliyyət göstərən Akkumulyator Zavodu qeyri-standart imkanlarına görə işçilərə xəsarət yetirilir və xərçəng xəstəliyinə tutulur.
700-dən çox zavod işçisinin çalışdığı Ərdəbilin 2 saylı Sənaye Şəhərciyindəki “Əşcə Akkumulyator Zavodu”nun işçiləri qeyri-standart iş şərayiti və normadan artıq qurquşun olması səbəbilə xərçəng xəstəliyinə yoluxublar.
Zavod işçilərinin verdiyi məlumat və səhiyyə işçilərinin statistikarına çox sayda işçinin müxtəlif xəstəliklərə, o cümlədən xərçəng xəstəliyinə yoluxduğunu göstərir.
İşçi hərəkatı fəallarının bildirdiyinə görə, zavodda təhlükəsiz iş şərayitinin yaradılması və xəstələnən işçilərin müalicəsi üçün edilən müraciətlər cavabsız qalıb.
Qeyd edək ki, irqçi fars-molla rejimi ayrı-seçkilik siyasəti ilə Azərbaycan ərazilərində də yaradılan zavodlar da qeyri-standart şəraitdə qurulur. Bu isə işçilərin həyatını təhlükəyə salır.