Çərşənbə , Oktyabr 21 2026
azfa

Ərdəbil zindanında daha bir məhbus xəstəxanaya köçürüldü; azərbaycanlı məhbusun həyatı təhlükədə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisaninin həbsdə saxlandığı Ərdəbil zindanının 14-cü bölməsində çərşənbə günü axşam saatlarında bir məhbusda koronavirus xəstəliyi əlamətləri aşkarlandığı üçün İmam xəstəxanasına köçürülüb.

Xəstə məhbus iki gün əvvəl koronavirusun yüngül əlamətləri aşkarlandıqda həbsxananın poliklinikasına aparılmışdır. Xəstəyə qızdırmaya qarşı dərman verildikdən sonra yenidən zindanın həmin bölməsinə qaytarılmışdır.

Bundan öncə isə Ərdəbil zindanının 1 və 6-cı bölmələrində bir neçə məhbusda koronavirus əlamətləri aşkar edildikdən sonra karantinə alınmışdılar.

Koronavirus infeksiyasının zindanlarda yayılması iəs hələ də həbsdə saxlanılan azərbaycanlı siyasi məhbusların həyatını təhlükə qarşısında qoyur. Rejim isə  əhalinin və İnsan Hüquqları Qurumları məhəl qoumadan həmin məhbusları həbsdə saxlayır.

Hazırda azərbaycanlı siyasi məhbus və fəallar Abbas Lisani, Lətif Həsəni, Tövhid Əmir Əmini və Məhəmməd Əbdulməhəmmdzadə həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın