Şənbə , Oktyabr 17 2026
azfa

Ərdəbildə aksiya; “Milli oyanışın küləyi müstəmləkəçilərə və zalımlara qarşı kəskin bir tufana çevriləcək”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölkgəsində azərbaycanlı milli-mədəni fəallar “Azadlıq, Ədalət, Milli Hökumət” və s. çüarlar yazmaqla irqçi fars rejiminin müstəmləkə siyasətinə qarşı Azərbaycanın qiyamının yaxın olduğu vurğulanıb.

Bununla bağlı Ərdəbil şəhərində bir qrup azərbaycanlı milli hərəkat fəalı şəhərdə divarlara şüarlar yazıb, vərəqələr paylayıblar.

Azərbaycanlı fəallar şəhərin divarlarına əsasən aşağıdakı şüarları yazıblar:

“Milli oyanışın küləyi müstəmləkəçilərə və zülmkarlara qarşı kəskin tufana çevriləcək”, “Azadlıq, Ədalət, Milli Hökumət”, “Azərbaycanın Azadlığı Yaxındadır”, “Xəzərdən Semnana su gəldi, ancaq Urmiya gölü qurudu” və “Oyan Azərbaycan”.

Onlar beləliklə irqçi fars-molla rejimin Azərbaycan türk millətinə qarşı müstəmləkə siyasətinə öz etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …