Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Molla rejimin son etirazlarda öldürdüyü uşaqların sayı açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 2022-ci ilin sentyabr ayının 27-də İranda başlayan etiraz aksiyalarının ilk 3 ayı ərzində 71 uşaq molla rejiminin məmurları tərəfindən öldürülüb.

İnsan haqları təşkilatlarının son hesabatında görə, öldürülən uşaqlar arasında 2 yaşlı Mirşikari, 7 yaşlı Diana Mahmudi, 8 yaşlı Həsti Naruyi və 9 yaşlı Kiyan Pirfələk kimi azyaşlıların da adları var.

Həbsxanalarda işgəncələrə və cinsi zorakılığa məruz qaldıqları üçün azadlığa buraxıldıqdan sonra intihar edən yeniyetmələrin də adları hesabata daxil edilib.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı …