Cümə , Aprel 19 2024
azfa

Ərdəbildə azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə aksiyas

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə xüsusi aksiya keçirilib

Azərbaycanlı milli-mədəni fəallar Əlirza Fərşinin şəkli və qrafitlərini kitabların üzərinə yapışdırıb kitabxanalarda, şəhərin mədəni-tarixi yerlərində və parklarda nümayiş etdirərək onun kitabxana fəaliyyətini ictimailəşdirmiş və günahsız yerə həbs edilən fəala bu şəkildə azadlıq tələb ediblər.

Kitablar üzərində yapışdırılan Əlirza Fərşinin qrafiti onun Güney Azərbaycan kəndlərində türk dilində kitablardan ibarət kitabxanaların yaradılması yönündəki qanuni fəaliyyətini simvolizə edir.

Çünki, Əirza Fərşi Güney Azərbaycanın kəndlərində uşaqlara türkcə kitablar, məktəb ləvazimatı, dəftər, qələm paylayaraq Səməd Behrəngi kimi müəllimlərin müarifləndirici yolunu davam edirdi.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir müddət əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …