Çərşənbə , Oktyabr 21 2026
azfa

İran Azərbaycana qarşı Ermənistanı hərbi cəhətdən gücləndirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanın hərbi cəhətdən güclənib Azərbaycana qarşı yenidən hücuma keçməsi məqsədilə səy göstərir.

İrnanın Ermənistan radiosuna istinadən yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Dadutyan dünən bazar ertəsi İranın Ermənistandakı tam səlahiyyətli səfiri Abbas Bədəxşan Zühurini və İran səfirliyinin hərbi atteşesi polkovnik Bəhmən Sadiqini qəbul edib.

Həmin görüşdə Ermənistanla İranın hərbi əməkdaşılığı, müdafiə məsələləri və ikitərəfli əlaqələrin gücləndirilməsi müzakirə edilib.

Beləliklə, İran işğalçı Ermənistanın yenidən hərbi cəhətdən güclənib Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsi üçün cəhd göstərir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …