Çərşənbə , Noyabr 11 2026
azfa

Ərdəbildə siyasi məhbusların posterləri asıldı: “Azərbaycanın siyasi məhbuslarına azadlıq” – Video

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları dünən – 5 Dey 1404-cü il tarixində Ərdəbil şəhərinin mərkəzi körpülərindən birində posterlər asaraq İran həbsxanalarında saxlanılan Azərbaycan siyasi məhbuslarının azadlığa buraxılmasını tələb ediblər.

Asılan posterlərdə “Azərbaycanın siyasi dustaqlarına azadlıq” şüarı ilə yanaşı, Təbriz, Mərənd və Tehran şəhərlərində həbsdə olan Azərbaycan siyasi məhbuslarının fotoları yer alıb.

Poster üzərində Tehran Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi fəalların — Fatimə Atəşi Xiyavi, Abbas Lisanı, Əli Xeyircu, Seyid Məhəmmədrza Fəqihi, Yusif Kari, Vədud Əsədi, Araz Aman, Bağır Hacızadə, Mahmud Ocaqlu, Kərəm Mərdanə, Mürtəza Pərvin, Əbdüləziz Əzimi Qədim, Salar Tahir Əfşar, Ayaz Seyfxah və Tahir Nəqəvinin şəkilləri yer alıb.

Bundan başqa, Mərənd həbsxanasında saxlanılan Əlirza Fərşinin, eləcə də Təbriz həbsxanasındakı siyasi məhbuslar — İbrahim Asimani, Yunis Mərami və Əbülfəzl Rəncbərinin fotoları da posterlərdə əks olunub.

Fəallar bu aksiya ilə Azərbaycandan olan siyasi məhbusların vəziyyətinə diqqət çəkməyi və onların azadlığa buraxılması tələblərini ictimailəşdirməyi məqsəd qoyduqlarını bildiriblər.

https://t.me/GADTB1/47396

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …