Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı siyasi məhbus və həkim Həmid Qarahəsəni aclıq aksiyasına başlayıb

GADTB: 15 il həbs cəzasına məhkum edilən və hazırda Yəzd şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus və azərbaycanlı həkim Həmid Qarahəsəni dekabrın 25-dən aclıq aksiyasına başlayıb.

Bu barədə o həbsxanadan yaydığı bəyanatda bildirib.

“Qeyri-insani saxlanma şəraitinə, iki ildən çox karantin şöbəsində saxlanılmanın davam etməsinə, məhbusların əsas hüquqlarının pozulmasına, sosial təminat müəssisələrinə çıxışın məhdudluğuna, qeyri-kafi qidalanmaya, açıq havada gəzişmək hüququndan uzun müddət məhrum edilməyə görə və həyatıma qarşı olan təhlükələrə etiraz olaraq aclıq aksiyasına əl atmışam”,- siyasi məhbus qeyd edib.

O, siyasi məhbusların palatasına köçürülməsi ilə bağlı dəfələrlə edilən müraciətlərin rədd edildiyini və həyatına dəyən hər hansı bir zərərin məsuliyyətinin Yəzd həbsxana rəhbərliyinin üzərində olduğunu vurğulayıb.

Qeyd edək ki, Həmid Qarahəsəni və həyat yoldaşı Fərzanə Qarahəsəni 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarında hökumət məmurlarının öldürdükləri azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.

56 yaşlı rentgenoloq Həmid Qarahəsəni ilkin məhkəmədə edama məhkum edilsə də, sonradan barəsindəki hökm 15 il həbs cəzası ilə dəyişdirilib.

Onun 48 yaşlı həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsəni isə 5 il azadlıqdan məhrum edilib.

Hər iki məhbus istintaq dövründə işgəncələrə məruz qaldıqları üçün uzun müddət müalicə olunublar.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …