Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Ərdəbildə Təhlükəsizlik İdarəsinin təzyiqi ilə “Söyüdlər” ədəbi məclisi bağlanıb

GADTB: Rəsmi fəaliyyətinə 1403-cü ilin azər ayından başlayan “Söyüdlər” ədəbi-bədii məclisi bazar ertəsi, 8 dey 1403-cü il tarixində Ərdəbil vilayəti Təhlükəsizlik İdarəsi və əlaqədar qurumların təzyiqi ilə fəaliyyətini dayandırıb.

Şeir, musiqi, folklor və Azərbaycan tarixi sahələrində fəaliyyət göstərən bu məclis Mədəniyyət və İrşad Baş İdarəsi və Ərdəbil İncəsənət Mərkəzinin rəsmi icazələri ilə işləməsinə baxmayaraq, fəaliyyətini davam etdirə bilməyib.

“Söyüdlər” Ərdəbildə yeganə ədəbi məclis olub ki, hər həftə çərşənbə axşamları şəhərin tarixi evlərindən birində, müstəqil şairlərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatı, musiqisi və mifologiyası mövzularında keçirilirdi.

Məclisin şair və məsul rəhbəri Həmid Lütfi bağlanmanın səbəbini Təhlükəsizlik İdarəsinin “müstəqil şairlər” və “Azərbaycan ədəbiyyatı” kimi anlayışlara qarşı həssaslığı ilə izah edib.

Bir il fasiləsiz fəaliyyət göstərdikdən sonra bağlanan “Söyüdlər” məclisinin əksinə olaraq, Ərdəbildə Sədi “Gülüstan” oxunuşları, “Bustan” oxunuşları, Firdovsinin “Şahnamə” oxunuşları və Hafiz gecələri kimi digər ədəbi toplantılar İncəsənət Mərkəzinin icazəsi ilə heç bir maneə olmadan fəaliyyətlərini davam etdirir.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …