Cümə axşamı , Noyabr 12 2026
azfa

Durnalər Yuvasında “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” şüarı səsləndirildi – Video

GADTB: Urmiyada keçirilən Azərbaycanın Şəhərdarı – Gümbədin İstiqlal voleybol komandalarının oyunu zamanı azərbaycanlı azarkeşlər “Azərbaycan şərəfdir, Pəhləvi bişərəidir” şüarını səsləndirərək zalda diqqət çəkən ab-hava yaradıblar.

Qərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Durnalər Yuvası idman zalında baş tutan qarşılaşma zamanı azarkeşlər qeyd olunan şüarla yanaşı, keçmiş və mövcud istibdad rejimlərinə etirazlarını da ifadə ediblər.

Tamaşaçılar eyni zamanda Urmiya gölünün ağır ekoloji vəziyyətinə diqqət çəkmək məqsədilə “Urmu gölü susuzdur – Azərbaycan oyanmasa utuzdu”, “Gəlin gedək ağlayaq – Urmu gölünü dolduraq” kimi şüarlar səsləndiriblər.

Matç ərzində bundan başqa “Yayaya şaşaşa, Azərbaycan çox yaşa”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Türk dilində mədrəsə olmalıdır hər kəsə”, “Azərbaycan qızları göylərin ulduzları”, “Nə mutlu türkəm deyənə” və digər şüarlar da səsləndirilib.

Azarkeşlərin səsləndirdiyi bu şüarlar görüşə təkcə idman deyil, eyni zamanda sosial və mədəni məzmun da qazandırıb.

https://t.me/GADTB1/47538

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …