Cümə axşamı , Oktyabr 1 2026
azfa

Ərdəbildə Urmiya gölünün qurudulmasına etiraz olaraq vərəqlər paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərindən olan bir qrup azərbaycanlı ətraf mühit və mədəni fəallar Urmiya gölünün qurudulmasına etiraz olaraq çox sayda vərəqlər yayıblar.

Ərdəbil şəhərinin bir çpx məhəllələri və ictimai yerlərində paylanılan və ya divarlara yapışdırılan həmin vərəqələrdə gölün acınacaqlı durumu əks olunmaqla, onların üzərində gölün qurudulması ilə bağlı etiraz şüarları yazılıb.

Azərbaycanlı fəallar beləliklə Azərbaycan əhalisindən törədilən ekoloji fəlakətə biganə qalmamalrı və gölün qurudulmasına qarşı etiraz aksiyalarına qoşulmalarını istəyiblər.

Yayılan vərəqələrin üzərində aşağıdakı sözlər yazılıb: “Torpağımı, vətənimi məhv edib, iqtisadiyyatımı talayırsınız.

İndi də Urmu gölünü məhv etməklə bütün Azərbaycanın məhv olmasını bayram etmək istəyirsiniz. Azərbaycan buna səssiz qalmayacaq!”.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …