Çərşənbə , Oktyabr 28 2026
azfa

Tehranda azərbaycanlı universitet müəllimi işdən çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı universitet müəllimi işdən çıxarılıb.

Tehranın Əllamə Universitetinin müəllimi sosioloq Mehdi Xoyi işdən uzaqlaşdırılıb. Bu barədə azərbaycanlı müəllim özünün sosial media hesabında paylaşım edib.

“Mən Əllamə Universitetinin sosiologiya müəllimi Mehdi Xoyi bu günə kimi haqsızlığın qarşısında susmamış, kimsəyə bac verməmişəm. Hər zaman xalqın və tələbələrimin yanında olduğum üçün universitetdən qovuldum”, – müəllim yazıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Onların bir çoxuna ”hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …