Çərşənbə , Oktyabr 21 2026
azfa

Ərdəbilin keçmiş millət vəkili azərbaycanlı siyasi məhbuslarla bağlı beynəlxalq təşkilata məlumat verdiyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbilin keçmiş millət vəkili Dr.Nurəddin Pirmüəzzin azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas Lisaninin vəziyyətinin ağır olması barədə beynəlxalq təşkilata məlumat verdiyini bildirib.

O özünün İnstaqram hesabında bir yazı paylaşaraq, Ərdəbil, Təbriz, Zəncan və Urmiya zindanlarından şok xəbərlərin yayıldığını ardınca bu haqda Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdiyini bildirib.

Pirmüəzzin yazıb: “Hər bir qapalı məkanda toplanmaq virusun yayılmasını sürətləndirəcək. Be hallarda xəstəxanalar, qocalar evi və zindanlar ən təhlükəli məkan hesab edilir. Dövlətlər bununla bağlı öhdəlikləri yerinə yetirməyə borcludurlar.

Təəssüf ki, İran zindanları, xüsusilə aztəminatlı əyalətlər Covid-19 xəstələri ilə doludur. Təəssüflə mollalar bütün bu fəlakətləri gizlətməyə çalışır və məhbusların, özəlliklə siyasi məhbusların ölməsinə və öldürülməsinə şərayit yaradırlar!”

Pirmüəzzin həmçinin deyib:

“Aldığım bilgilərə görə, ərdəbilli həmvətənlərim də Ərdəbil zindanındakı Covid-19-un kəskin simptomlarından əziyyət çəkirlər. Xüsusilə cənab Lisani və cənab Vasiqinin ümumi vəziyyətləri yaxşı deyil. Onların xəstəxanaya göndərilməsinin qarşısı alınır…”.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı siyasi məhbusları koronavirusa yoluxdurub. Abbas Lisaninin isə vəziyyətinin ağır olduğu bildirilir.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın