Ərdəbilli sənətkarlar Azərbaycan Milli Hökumətindən sonra rejimin Azərbaycanda törətdiyi soyqırımı rəsm etdi – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Ərdəbildə Güney Azerbaycanda Azərbaycan Milli Hökumətinin (1945-1946-ci illərdə) yaradılmasının ildönümü ərəfəsində azərbaycanlı sənətkarlar Milli Hökumətin süquqtundan sonra işğalçı fars rejimin törətdiyi soyqırımı rəsm edib.

Əsərdə simvolik şəkildə 30 minədək azərbaycanlının soyqırıma məruz qalması öz əksini tapıb. Görüntülərin sənət dili ilə insanın deyə bilməyəcəyi bir çox informasiyanı çatdırmasına çalışılıb.

Əsərləri hazırlayan sənətkarlar 21 soyqırımının çalarlarını şəkillərdə əks etdirməklə yanaşı, insanlarda belə bir sual da təcəssüm etdirir ki, o dövrdə kimlər faciənin qurbanı oldu, və baş verən soyqırım kimlər tərəfindən törədildi?!

Şəkillərdə qorxu, dərd, qəm, qaranlıq, ölüm, zülm və s. halların çaları hiss olunur.

Qeyd edək ki, 1946-cı ildə işğalçı fars rejimi Güney Azərbaycanı işğal edərək, azərbaycanlılara qarşı soyqırım törətmiş və həmin soyqırımda 30 mindən çox Azərbaycan türkü məhv edilmişdir.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın