Cümə axşamı , Oktyabr 15 2026
azfa

Ərdoğan: Zəngəzur dəhlizi bütün regionun xeyrinədir

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verib.

Ərdoğan deyib ki, Türkiyə Zəngəzur dəhlizi məsələsində Azərbaycan və Ermənistan arasında konsensusun əldə olunmasını gözləyir və bu layihənin həyata keçirilməsinin bütün region ölkələrinin xeyrinə olacağına inanır.

 “Zəngəzur dəhlizindən təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər dövlətləri faydalanacaq. Bu istiqaməti geoiqtisadi ölçü baxımından son dərəcə vacib hesab edirik. Bu xətt regionumuzdan kənar coğrafi bölgələri birləşdirəcək və ticarəti canlandıracaq. Ümid edirik ki, bu, nifaq mənbəyindən çox, barışıq simvoluna çevriləcək. İnanıram ki, region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik”, – o bildirib.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …