Çərşənbə , Noyabr 11 2026
azfa

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin sayın Rəis bəy Rəsulzadə ilə görüşü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadənin Azərbaycan Xalq Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Azər oğlu Rəsulzadə ilə görüşündən bir foto yayılıb.

Qeyd edək ki, sayın Rais Rəsulzadə Azərbaycan rəssamı və Azərbaycan Demokratik Respublikasının banilərindən Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.

O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” adına layiq görülmüşdür. O, həmçinin 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2009-cu ildən Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının rəhbəridir.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …