Cümə , Oktyabr 30 2026
azfa

Ərdoğandan Kıbrıs müjdəsi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr (Kıbrıs) Türk Cümhuriyyətinə (KKTC) səfər edərək, keçirilən iclasda çıxış edib.

Parlamentdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Şimali Kipr Türk Cümhuriyyətində yeni prezident iqamətgahı və parlament binası inşa ediləcək.

“Məlum olduğu kimi, KKTC rəhbərliyinin uyğun bir iqamətgahı və binası yoxdur. Biz bunu Şimali Kipr Türk Cümhuriyyətinə yaraşdırmırıq. İndi prezident iqamətgahı ilə əlaqədar hazırlanan layihə üzərində işlər bitdi və inşasına yaxında başlayırıq. Millət Baxçasını da inşa etmək istəyirik. Bu, dövlət olmağın ifadəsidir. Bunu inşallah layihəni həyata keçirəcək şəxslərə göstərəcəyik. Eyni zamanda parlament binası da inşa edəcəyik. İstəyirik ki, millət vəkillərimizin özlərini azad və rahat hiss edə biləcəkləri məkan olsun. Biz 500 hektar torpaq ayırmışıq”, – Türkiyə lideri müjdəni verib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr (Kıbrıs) Türk Cümhuriyyətinə (KKTC) səfər edib.

Keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyyəti iştirak edir.

Həmçinin yoxlayın

Təbrizli idmançı bir dünya və iki Asiya rekordu müəyyənləşdirib

GADTB: Təbrizli 45 yaşlı döyüş sənətləri idmançısı Xudayar Əzizian yoxuşlu yolda nümayiş etdirdiyi qeyri-adi performansla …

Qadınlardan ibarət “Traxtur” komandası “Mis Rəfsəncan” üzərində böyükhesablı qələbə qazandı

GADTB: “Traxtur”un qadınlardan ibarət futbol komandası çempionatın beşinci turu çərçivəsində “Mis Rəfsəncan”ı 4:0 hesabı ilə …