Şənbə , Oktyabr 3 2026
azfa

Azərbaycanlı fəal Salar Tahir Əfşar xüsusi nəzarətlə ev dustaqlığına buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar ayağına bağlanan elektron qandalla ev dustaqlığına buraxıldı.

İyulun 19-da ev dustaqlığına buraxılan azərbaycanlı fəal məhkəmə sistemi və zindan rəsmiləri tərəfindən nəzərdə tutulan ərazidən qırağa çıxmamalı, həbs dövrü bitənə kimi daima elektron qandalla yaşamalıdır.

Qeyd edək ki, Tahir Əfşar aprelin 19-da atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiya həbsxanasına köçürülmüşdü.

Urmiya sakini olan türk fəal İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi ona “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət qazandıraraq, həbs cəzasını 1 ilə endirib. Urmiya həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

Həmçinin yoxlayın

46 ölkə İranda müxaliflərin və etirazçıların edamlarının davam etdirilməsini pisləyib

GADTB: Dünyanın 46 ölkəsi BMT İnsan Hüquqları Şurasına birgə bəyanat təqdim edərək İranda edamların davam …

May Sato: İrandakı azərbaycanlılar dil ayrı-seçkiliyi və Urmiya gölü ətrafında ekoloji dağıntıların nəticələri ilə üzləşirlər

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Satou etnik və dini azlıqlara qarşı …