Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma şəraitinin ağır olmasından və həbsxananın 9-cu bölməsindəki vəziyyətdən danışıb.

Onun sözlərinə görə, cəmi 18 nəfər üçün nəzərdə tutulmuş bölmədə hazırda təxminən 40 məhbus saxlanılır. Əkbərzadə həmçinin həddindən artıq isti hava, soyutma sisteminin işləməməsi, kifayət qədər havalandırmanın olmaması, eləcə də bölmədə taxtabiti və gənə kimi zərərverici həşəratların geniş yayılmasını mövcud problemlər sırasında qeyd edib.

Əsgər Əkbərzadə qidanın keyfiyyətinin aşağı olduğunu və içməli su çatışmazlığının yaşandığını da bildirib. Onun sözlərinə görə, məhbuslar hətta kifayət qədər içməli su ilə təmin olunmur və mövcud şərait onların üzləşdiyi çətinlikləri daha da artırır.

Bu məlumatlar insan hüquqları müdafiəçilərinin son dövrlərdə bəzi həbsxanalarda məhbusların sıx yerləşdirilməsi, sanitariya və tibbi xidmətlərin yetərsizliyi, eləcə də saxlanma şəraitinin standartlara uyğun olmaması ilə bağlı dəfələrlə narahatlıq ifadə etdiyi bir vaxta təsadüf edir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …