Cümə axşamı , Sentyabr 24 2026
azfa

‍ İram rejiminin azərbaycanlı fəalları həbsə məhkum etməsi Türkiyə mətbuatında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə mətbuatı Güney Azərbaycanda irqçi fars rejimin azərbaycanlı fəallar Muxtar İbrahimi və Musa Ziya Gərgərini birlikdə 11 il həbsə məhkum etməsi xəbərini genişşəkildə əks etdirib.

“Anadolu” xəbər agentliyinin fars və türk bölmələri, “BREAKİNGNEWS”, “Dünya Bülteni”, “İNDEPENDET türkçe” və … aparıcı mətbuat orqanları bu barədə xəbəri yayıblar.

Qeyd edək ki, İran rejiminin məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Musa Ziya Gərgəri və Muxtar İbrahimiyə bir yerdə 11 il həbs cəzası verdi

Sulduz və Marağa şəhərlərindən olan türk milli-mədəni fəallar barəsində həbs qərarını rejimin Marağadakı İnqilab Məhkəməsinin 11-ci şöbəsi çıxarılıb.

Fəalların yaxınlarının verdiyi məlumata görə, həbs qərarını həmin məhkəmənin hakimi Cabbari şifahi şəkildə fəalların vəkili Əsgər Məhəmmədiyə açıqlayıb.

Rejim tərəfindən şərlənən azərbaycanlı fəal Muxtar İbrahimi rejimin İnqilab Məhkəməsinin qərarına əsasən “hökumətə qarşı təşkilat, qrup yaratmaq və müxalif qrup və şəbəkələrə üzv olmaq”da ittihamı edilərək 10 il həbs cəzasına məhkum edilib. Musa Ziya Gərgəriyə qarşı isə “Sistemə qarşı təbliqat” ittihamı ilə 1 il həbs cəzası verilib.

Muxtar İbrahimi avqustun 26-da Marağada, Musa Ziya Gərgəri isə sentyabrın 16-da Sulduzda rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

Onlar bir müddət sonra girov qarşılığında məhkəmə prosesinin başlanılmasına qədər müvəqqəti sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …