Girov qarşılığında müvəqqəti məzuniyyətə buraxılan Əli Vasiqi zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 15-də 50 milyon tümən girov qarşılığında məzuniyyətə buraxılan azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi zindana qaytarılıb.

Ərdəbil zindanında iki illik həbs cəzasını çəkən azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi mart ayının 22-də bir həftəlik məzuniyyət müddəti başa çatdıqdan sonra zindana  qaytarılıb.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli və Rza Vasiqini 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il və qardaşı Rza Vasiqini 2 il həbsə məhkum edib.

Rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi, hakim Məhdəviradın sədrliyi iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də çərşənbə axşamı günü Ərdəbildə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsinin ofisində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …