102 gün mübarizədən sonra azərbaycanlı körpəyə Əlihan adına doğum haqqında şəhadətnamə almaq mümkün olub

GADTB: 102 günlük hüquqi mübarizədən sonra Əhməd Fərzinin ailəsi İranın  Vətəndaşlıq Reyestrini yeni doğulan körpələrinə Əlihan adı ilə doğum haqqında şəhadətnamə verməyə məcbur edə bilib.

Bu barədə azərbaycanlı körpənin atası Əhməd Fərzi Balamın Adı kampaniyasına deyib: “Övladımız 2025-ci il iyunun 7-də dünyaya gəlib və biz onun adını Əlihan qoymuşuq. Ancaq Təbriz Eram Vətəndaşlıq Dairəsi rəsmiləri bu adın icazə verilən adlar siyahısında olmadığını bildirərək bizə doğum haqqında şəhadətnamə verməkdən imtina edib. Ona görə də biz idarənin qəranı məhkəməyə şikayət etdik və avqustun 20-də Təbriz Sülh Məhkəməsinin 24-cü şöbəsi Vətəndaşlıq Dairəsi İdarəsini qınadı və Əlihana doğum haqqında şəhadətnamə verməyi əmr etdi. Məhkəmənin qərarında deyilir, Mülki Məcəllənin 20-ci maddəsinə əsasən, ümumi hüquqi prinsiplərə və hüquqi qaydalara uyğun olaraq hər bir uşağın valideynlərinin öz övladı üçün xeyirxah və münasib ad seçməkdə təbii və dini hüququ vardır” və “Əlihan adı cəmiyyətdə təhqiredici, ədəbsiz ad hesab edilmir.”

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …