Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı müəllim Kərəc həbsxanaya köçürülüb

GADTB: Ötən həftə İsfahanın Şəhriza şəhərində həbs olunan azərbaycanlı müəllim Məsud Fərhixtə Kərəc şəhərinin həbsxanasına köçürülüb.

Albürz əyalətinin Xüsusi Cinayətlər üzrə İnqilab Məhkəməsinin 7-ci şöbəsin təhvil verildikdən sonra həbsxanaya aparılıb.

Ötən ay məhkum edildiyi həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülən Məsud Fərhixtə, sentyabrın 16-da İran Müəllimlər Birlikləri Koordinasiya Şurasının növbədənkənar iclasında iştirak etdiyi zaman həbs edilmib.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə ötən ay 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat”da günahlandırılıb.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …