Cümə , Aprel 26 2024
azfa

12 Şəhrivər (3 Sentyabr) münasibəti ilə Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin bəyanatı

Bilindiyi üzrə 1945 ilində qurulan Azərbaycan Milli Hökuməti  Güney Azərbaycan tarixinin bir qızıl səhifəsi və dönüm nötəsidir. Azərbaycan Milli Hökuməti və vətənimiz Azərbaycan  bir illik fəaliyyətindən sonra pəhləvi rejimi tərəfindən işğal və soyqırıma məruz qalaraq süquta uğradıldı ancaq buna baxmayaraq millətimiz hələ o, bir ilin xatirəsini öz yaddaşında diri saxlayıb və o, günlərin bir daha geri gələcəyi arzusu ilə yaşayır.

Təbii ki, Azərbaycan Milli Hökuməti də öz özünə ortaya çıxmadı. Milli hökümət Seyid Cəfər Pişəvəri öndərliyinə yaranan Azərbaycan Demokrat Firqəsinin yaranması ilə ortaya çıxmışdı. Azərbaycan Demokrat Firqəsi isə 12 Şəhrivər 1324 (3 Sentyabr 1945) tarixində yayımlanan 12 maddəlik bəyannamə əsasında yaranmış və Azərbaycan tarixində öz izini qoymuşdur. Azərbaycan Demokrat Firqəsinin quruluş bəyannaməsi olan və 12 Şəhrivər bildirisi kimi tanınan 12 maddəlik bəyannamə, öz zamanında dünyanın mütərəqqi və modern standardlarına sahibidi və bu səbəblə də onun izasında yaranan hökumət bir il yaşamasına rəğmən son dərəcə önəmli çağdaş başarılara imza ata bildi və onun hələ də tarixi izləri millətimizin düşüncəsində və ruhunda qalır.

12 Şəhrivər bəyannaməsi qan içən pəhləvi rejiminin sömürgəcilik caynağında əsir olan millətimizin istəklərinin özəti və təzahürü idi. Nə yazıq  ki, 77 il sonra millətimiz hələ o günkü təbii haqlarını və milli siyasi tələblərini əldə edə bilməyib və hələ də eyni hüquq və azadlıqları üçün mübarizə edir. Elə ona görə də bu gün Güney Azərbaycanın xiyabanlarında “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı səsləir. Bu şuar əslində elə 12 Şəhrivər bəyannaməsinin davamı və özətidir və o milli dəyərləri özündə daşıyır. Millətimizin “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirməsi onu göstərir ki, Azərbaycan Milli Hökümətinin qurulmasından 77 il keçsə də millətimiz milli dövlətçilik tələblərinin əldə edilməsində hələ də israrlıdır və ondan vaz keçmək niyyətində deyildir.

77 il sonra, 12 Şəhrivər bəyannaməsinin ildönümündə, biz Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq bir daha millətimizin səsinə səs verib “Azadlıq, Ədalət, Milli Hökümət” deyirik və bir daha vurğulayırıq ki, millətimizin ortaya qoyduğu, 12 şəhrivər bəyannaməsinin ruhunu daşıyan bu yol xəritəsi bizim milli dövlətçilik istiqamətində apardığımız milli azadlıq mübarizəmizin əsas istiqamətlərini müəyyən edir.

GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZI

Azadlıq Cəbhəsi (GAMAC)

Azərbaycan Mərkəz Partiyası (AMP)

Azərbaycan  Milli Dirəniş Təşkilatı (Dirəniş)

Azərbaycan  Öyrənci  Hərəkatı (AZOH)

Güney Azərbaycan  Demokrat Partiyası (GADP)

Güney Azərbaycan  İstiqlal Partiyası (GAİP)

Güney Azərbaycan  Liberal Demokrat Partiyası (GALDP)

Güney Azərbaycan Demokratik Türk  Birliyi (GADTB)

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …