Çərşənbə , Aprel 22 2026
azfa

14-15 fevral tarixlərində Azərbaycan Ordusunun mövqeləri ermənilər tərəfindən atəşə tutulub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Ordusunun mövqeləri 14-15 fevral tarixlərində ermənilər tərəfindən atəşə tutulub.

Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü Bakı vaxtı ilə saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz də atəşə tutulub.

Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …