Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran Əlborz vilayətindən məhsulların Ermənistana ixracı üçün zəmin hazırlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əlborz vilayətinin valisi deyib ki, İranın Ermənistandakı səfirliyi ilə anlaşma memorandumuna əsasən, Əlborz vilayətinin sənaye məhsullarının Ermənistana ixracı üçün zəmin yaradılır.

Vali Müctaba Abdullahi İranın Ermənistandakı səfiri ilə görüşdə bu barədə bildirib: Ermənistan Avrasiya ölkələri ilə körpü rolunu oynayaraq, İran məhsullarının tədarükündə səmərəli rol oynayacaq.

Valinin sözlərinə görə, Əlborz vilayəti və Ermənistan arasında daha çox əməkdaşlığı müzakirə etmək üçün ixtisaslaşdırılmış görüşlərin və operativ işçi qrupların təşkilinə ehtiyac var. Qeyd edək ki, üzdə Azərbaycanla dost, qardaş və eyni dil, din, tarix və mədəniyyətə sahib olmasından ağız dolusu danışan İran rejimi digər tərəfdən riyakarcasına işğalçı Ermənistanla siyasi və iqtisadi münasibətlərini hər gün genişləndirməkdədir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …