
GADTB: Evin Həbsxanasının müxtəlif palatalarında həbsdə olan bir qrup siyasi məhbus, məhkəmə orqanlarına və Həbsxana Təşkilatının rəsmilərinə ünvanlanmış açıq məktub dərc edərək, azərbaycanlı vəkil və siyasi məhbus Tahir Nəqəviyə qarşı rəftarın işkəncə əlaməti olduğunu bildiriblər və buna kəskin etirazlarını bildiriblər.
Məktuba imza atan şəxslər Tahir Nəqəvinin tibbi məntəqəyə göndərilməsi qəsdən gecikdirildiğini yazırlar.
Məktub müəllifləri bildirirlər ki, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin ədalətsiz hökmündən sonra 6 fevral 2023-cü ildən bəri Evin Həbsxanasında həbsdə olan Nəqəvi çoxsaylı onurğa sınıqları (7, 9, 10 və 11 nömrəli), kəskin prostat xəstəliyi kimi ağır fəsadlardan əziyyət çəkir. Üstəlik hazırda keçirdiyi aclıq eyləmi onun sağlamlığını ciddi təhlükə altına qoyur.
Məktubun başqa bir hissəsində Həbsxanalar Təşkilatının icra qaydalarının struktur çatışmazlıqlarına toxunularaq deyilir: “Bir çox siyasi məhbus təhlükəli xəstəliklərlə mübarizə apararkən, həbsxana rəsmiləri və həbsxanaya nəzarət edən prokurorlar, ixtisaslaşmış ixtisasları olmadan, onların həbsxanadan kənar xəstəxanalara göndərilməsinin qarşısını alırlar. Bu durum məhbusların həyatını birbaşa təhlükə altına qoyub.”
Məktubu imzalayanların adları aşağıdakı kimi açıqlanır:
1. Məhəmməd Rza Fəqihi
2. Mahmud Ocaqlı
3. Vədud Əsədi
4. Mürtəza Pərvin
5. Ayaz Seyfxah
6. Əbülfəzl Qədiani
7. Mustafa Taczadə
8. Rza Xəndan (Məhabadi)
9. Rza Vəlizadə
10. Səid Əhmədi Delcu
11. Möhsün Qaşqayi
12. Hüseyn Şanbehzadə
13. Məhəmməd Nəcəfi
14. Şəhriyar Barati
15. Siamak İbrahimi
16. Eynullah Rzazadə Cuybari
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi