GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İraqda may ayında baş tutacaq ümumi və yerli seçkilərdə bütün türkmanları İraq Türkmanları Cəbhəsi təmsil edəcək.
Ətraflı oxu »Aylıq Arxivlər: Yanvar 2018
İran adlanan ölkənin məhkəmə sədri Sadiq Laricaniyə sanksiya
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Maliyyə Nazirliyi İran adlanan ölkənin Ali Məhkəməsinin sədri Sadiq Laricanini sanksiya siyahısına əlavə edib. Nazirliyin açıqlamasında siyasi sanksiyaların İran rejiminin ali strukturlarına qədər tətbiq edildiyi bildirilib.
Ətraflı oxu »Güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin həbs məsələsinə Ali Məhkəmədə baxılacaq
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran şəhərində Evin zindanının 8-ci bölməsində həbsdə saxlanılan güney azərbaycanlı siyasi məhbus Siyamək Mirzayinin vəkili Fəqihi onun həbs hökmündən etiraz şikayəti verdikdən sonra siyasi məhbusun dosyesinə İran adlanan ölkənin Ali Məhkəməsinin 35-ci şöbəsində baxılacaq.
Ətraflı oxu »Azərbaycanlı milli-mədəni fəallar Milad Hacilu və Məhəmməd Əbazəri yaxalanıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı milli-mədəni fəallar Milad Hacilu və Məhəmməd Əbazəri İran adlanan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Fəalların yanvar ayının 9 saxlanıldığı xəbər verilir.
Ətraflı oxu »GADTB başqanı sayın Əjdər Tağızadə ilə Amerikanın səsi radiosunun müsahibəsi- Audio
Əjdər Tağızadə: Bütün etnik qruplar və ictimai təbəqələr bu etirazlara qatıldı [Audio-Müsahibə] Audio-Müsahibə : Əjdər Tağızadə İranda baş qaldıran son kütləvi etirazlara bütün etnik qrupların. o cümlədən ictimai zümrələr və təbəqələrdən olan insanların qatıldığını deyir. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Amerikanın Səsinə söhbətdə həmin etirazların mahiyyətini və …
Ətraflı oxu »Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri apelyasiya məhkəməsinə çağrılıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, heç bir günahı olmadan 6 ay həbsə məhkum edilən azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri, məhkəmə qərarından apeyasiya şikayəti verdiyi üçün Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağrılıb.
Ətraflı oxu »GADTB və Avstraliya Azərbaycan Assosasiyasının təşkilatçılığı ilə aksiya keçiriləcək
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, GADTB və Avstraliya Azərbaycan Assosasiyasının təşkilatçılığı ilə Avstraliyanın Sidney şəhərində aksiya keçiriləcək. Bu barədə GADTB-nin Xarici Əlaqələr Departamentinin sədri və Avstraliya Azərbaycan Assosasiyasının rəhbəri sayın Mikayıl Oyta məlumat verib.
Ətraflı oxu »Təbrizdə “Süngün Mis” futzal komandasının qələbə şənliyi
GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, Vərziğanın “Süngün Mis” futzal komandası, futzal super liqa yarışlarında qəhrəman olub. Güney Azərbaycanın həmin komandası çərşənbə günü Sarinin “Şəhrvənd” komandasını super liqa yarışlarının 26-cı həftəsində Təbrizin Purşərifi stadionunda məğlub etdikdən sonra super liqanın qəhrəmanı olub.
Ətraflı oxu »Minlərlə insanın qatili Mahmud Haşemi Şahrudi Almaniyadan qaçıb
GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan ölkənin Məhkəmə Sisteminin keçmiş rəisi Mahmud Haşemi Şahrudi Almaniyanı tərk edib.
Ətraflı oxu »ABŞ-ın Krımın işğalı ilə bağlı Putinə qarşı yeni addım
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın hazırladığı “Kreml hesabatı” sanksiyalar siyahısına Rusiya rəhbərliyinə yaxın olan 50 yüksək vəzifəli məmur və sahibkarın adı düşə bilər. Bu iddia ilə “Kommersant” qəzeti çıxış edib.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi