Bazar , Sentyabr 27 2026
azfa

Gündəlik Arxivlər: Yanvar 19, 2018

Məhəmməd Əbazəri və Milad Hacılunun zaminə buraxılması üçün vəsiqə təyin edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Milad Hacılu və Məhəmməd Əbazərinin zaminə buraxılması üçün vəsiqə təyin edilib. Məhəmməd Əbazərinin zaminə buraxılması üçün 200 milyon tümənlik, Milad Hacılunun isə zaminə buraxılması üçün 300 milyon tümənlik vəsiqə təyin edilib. Məhəmməd Əbazərinin vəsiqə qarşılığında müvəqqəti sərbəst buraxıldığı söylənilir.

Ətraflı oxu »

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və  azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Ətraflı oxu »