Cümə axşamı , Mart 28 2024
azfa

Gündəlik Arxivlər: Fevral 12, 2020

İrqçi fars rejim azərbaycanlı fəal Səid Minayini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim bazar ertəsi azərbaycanlı milli fəal, jurnalist və “Milli düşüncə” telegram kanalının müdiri Səid Minayini Marağada yerləşən rejimin məhkəməsinin 103-cü şöbəsində mühakimə etdi. Azərbaycanlı fəal Azərbaycanın milli mənafeyinə qarşı yazılmış Əsğər Məhəmmədzadənin kitabını “Araz Marağalı” təxəllüsü ilə tənqid etdiyi üçün həmin …

Ətraflı oxu »

Avropa İttifaqı Suriyada Rusiya və Türkiyə qarşıdurması riski barədə xəbərdarlqı etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentində çıxışı zamanı deyib ki, “Suriyada Rusiya və Türkiyə hərbi qüvvələri arasında qarşıdurma riski meydana çıxıb”.  “Suriyada müharibə artıq 9 ildir davam edir. Hazırda ölkənin şimal-qərbində ağır humanitar fəlakət …

Ətraflı oxu »

Türk dilində çəkilmiş “Dəri” filmi Büllur Simurq mükafatını qazandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı rejissorlar Bəhram və Bəhmən Ərk qardaşlarının çəkdiyi “Dəri” filmi 38-ci Fəcr Beynəlxlaq Film Festivalında Büllur Simurq mükafatını qazanıb. Ən yaxşı təcrübə və incəsənət əsərlərinə nəzərdə tutulan Büllur Simurq mükafatı türk dilində olan “Dəri” filminə təqdim olunub. Qeyd edək ki, Təbrizdə çəkilən “Dəri” …

Ətraflı oxu »

Sulduzda azərbaycanlı milli-mədəni fəallar seçkilərlə bağlı qərar verdilər

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Sulduz bölgəsində azərbaycanlı milli-mədəni fəallar bölgənin şəraiti ilə bağlı olaraq seçkilərdə bir türk namizədi dəstəkləyib parlamentə göndərməyə qərar  verdilər. Azərbaycanı parçalamaq istəyən radikal kürdlərlə əlaqədar Qərbi Azərbaycan şəhərləri, o cümlədən Sulduzda fərqli şərait olduğu üçün seçkilərlə bağlı azərbaycanlı fəallar xüsusi qərar …

Ətraflı oxu »

Türk ordusu İdlibdə Rusiya, İran və Əsədin ordusu ilə üz-üzədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ordusu İdlibdə əhalini qətliam edən Rusiya, İran və Əsədin ordusu ilə üz-üzə dayanıb. Məsələyə ABŞ tərəfi də fikir bildirib. Bəşər Əsəd rejimi ilə birlikdə Rusiya, İranın da türk ordusu və əməkdaşlarına hücum etdiyini dilə gətirən Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Obrayen …

Ətraflı oxu »

Baxımsızlıq və ayrıseçkilik nəticəsində Toğrul qülləsi dağılmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinin Amerikanınsəsinə istinadən yaydığı məlumata görə, Rey şəhərində min ilə yaxın tarixə malik olan Səlcuq türk İmperatorluğu dövründən qalmış Toğrul qülləsi əyilərək məhv olmaq təhlükəsi qarşısındadır. Toğrul qülləsi tarixi abidəsinin yayımlanan şəkillərində qüllənin yana əyildiyi göstərilir. Bu barədə tarix mütəxəssisi olan Əhməd Əbuhəmzə Şəhrvənd qəzetinə məlumat veribdir. Ömrünün …

Ətraflı oxu »