Aylıq Arxivlər: Fevral 2023

Molla rejimi Əlireza Fərşi üçün verdiyi sürgün cəzasını qüvvədə saxlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  Əlireza Fərşi üçün verdiyi sürgün cəzasını qüvvədə saxlayıb. O, Xuzistan əyalətinin Bağmülk şəhərində iki il sürgün cəzasını da çəkməlidir.. Dünən azərbaycanlı fəal Əlirza Fərşi rejimin aidiyyatı orqanlarına müraciət etdikdə ona bildiriblər ki, o ümumi əfv olunsa da, onun əlavə cəzaları …

Ətraflı oxu »

Urmiyadan olan azərbaycanlı fəallar Türkiyəyə yardım ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyadan olan bir qrup azərbaycanlı milli-mədəni fəal Urmiyada Türkiyənin baş konsulluğuna yardım təhvil veriblər. Azərbaycanlı fəalların topladığı yardımlar Türkiyə Cümhuriyyətinin Urmudakı konsulluğuna təhvil verilib. Azərbaycanlı fəallar konsulluğun qarşısında əllərində “BAŞİN SAĞ OLSUN TÜRKİYE, URUMİYE KALBİ SİZİNLE, ACİNİZ ACİMİZDİR TÜRKİYE” yazılmış banner asıblar. Bundan …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Əhərdə yenicə azadlığa çıxan azərbaycanlı milli fəal Əkbər Əbülzadə ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zəncandan olan bir qrup azərbaycanlı milli-mədəni fəal fevralın 12-i axşam saatlarında azadlığa çıxan azərbaycanlı milli fəal Əkbər Əbülzadə ilə görüş keçirib. Azərbaycanlı milli-mədəni fəallar Şərqi Azərbaycan əyalətinin Əhər şəhərinə gedərək rejimin Təbrizdə yerləşən zindanından yenicə buraxılan azərbaycanlı fəalla görüşüblər. Zəncandan olan azərbaycanlı fəallar …

Ətraflı oxu »

İrandakı 2022-23-cü il etirazları: Rejimin hələ də sağ qalma səbəbi

GADTB: Bu sualın cavabını qismən İslam Respublikasının institusional xarakterində, eləcə də rejimin böhranı xariclə əlaqələndirməsində, amansızlıqda və praqmatizmdə tapmaq olar. “Arab Gulf States İnstitute” analitik mərkəzinin hesabatına görə, İrandakı diktatura Pəhləvi rejimindən çox yüksək dərəcədə mərkəzləşmişdir ki, bu da respublikanı daha sabit edir. İranın ali rəhbəri hökumət bürokratiyasından və ya …

Ətraflı oxu »

Kahramanmaraş zəlzələlərində həyatını itirənlərin sayı 25 minə yaxınlaşdı

GADTB: Türkiyənin vitse-prezidenti Fuad Oqtay Qahramanmaraşda baş verən zəlzələlərdən sonra Fövqəladə Hallar İdarəsi – AFAD-ın koordinasiya mərkəzində aparılan işlərlə bağlı açıqlama verib Kahramanmaraşda fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə 24 min 617 nəfər həyatını itirib. Türkiyənin vitse-prezidenti Fuad Oqtay Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Fövqəladə Hallar …

Ətraflı oxu »

Azərbaycanlı fəallar Ərdəbildə azadlığa çıxan milli fəalla görüşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildən olan azərbaycanlı milli-mədəni fəallar yenicə həbsdən çıxmış azərbaycanlı siyas məhbus Tohid Əmirəmini ilə görüşüblər. Fevralın 11-də Ərdəbil şəhəri və başqa bölgələrdən olan bir qrup azərbaycanlı milli-mədəni fəal 4 il həbsdən sonra fevralın 10-da azadlığa buraxılan milli fəal Tohid Əmirəmini ilə görüşüblər. Tohid …

Ətraflı oxu »

Xankəndi-Laçın yolunda azərbaycanlıların etiraz aksiyası 63 gündür davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iki aydır fasiləsiz olaraq davam edir. Ötən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq 63-cü günüdür. Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə …

Ətraflı oxu »

Azərbaycanlı milli fəal Mahmud Ocaqlu Evin zindanına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars milla rejimin həbs etdiyi Tehranda yaşayan azərbaycanlı milli fəal Mahmud Ocaqlu uzun müddətli istintaqdan sonra Evin həbsxanasının təhlükəsizlik bölməsi olan 209-cu bölməsinə köçürülüb. Hələ də azərbaycanlı fəalın həbs səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə heç bir açıqlama verilməyib. Mahmud …

Ətraflı oxu »

Molla rejimi həbs etdiyi azərbaycanlı fəal Ruzbeh Pirini azadlığa çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz zindanının 12-ci bölməsində həbsdə saxladığı azərbaycanlı milli fəal Ruzbeh Piri azalığa çıxıb. Hələlik azərbaycanlı fəalın hansı formada azadlığa çıxması barədə məlumat verilmir. Ehtimal edilir ki, həbsinin əsas hissəsini çəkən fəal son əfv sərəncamına azadlığa çıxıb. Qeyd edək ki, İran …

Ətraflı oxu »

Azərbaycanlı fəal Hüseyn Məhəmmədian azadlığa çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görəmolla rejimin həbs etdiyi Təbrizdə yaşayan azərbaycanlı milli fəalı Hüseyn Məhəmmədian cəza müddəti başa çatdıqdan sonra Təbriz Mərkəzi zindanından azad edilib. Qeyd edək ki, dekabrın 11-i günorta saatlarında Təbrizdə molla rejiminin ETTELAAT qüvvələri tərəfindən azərbaycanlı fəal Hüseyn Məhəmmədian öz mağazasında həbs edilmişdi. Azərbaycanlı fəal …

Ətraflı oxu »