Molla rejimi Əlireza Fərşi üçün verdiyi sürgün cəzasını qüvvədə saxlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  Əlireza Fərşi üçün verdiyi sürgün cəzasını qüvvədə saxlayıb. O, Xuzistan əyalətinin Bağmülk şəhərində iki il sürgün cəzasını da çəkməlidir..

Dünən azərbaycanlı fəal Əlirza Fərşi rejimin aidiyyatı orqanlarına müraciət etdikdə ona bildiriblər ki, o ümumi əfv olunsa da, onun əlavə cəzaları və 2 illik sürgün cəzası qüvvədədir.

Azərbaycan milli hərəkatının fəalı Əlirza Fərşi şəxsi İnstaqram səhifəsində paylaşım edərək, bildirib ki, gələn həftə yenidən həmin şöbəyə baş çəkməli və sürgün cəzası üçün müraciət etməli və özünü həmin sürgün cəzası nəzərdə tutulan şəhərin aidiyyatı orqanına təqdim etməlidir.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülmüşdü.

Əlirza Fərşi bundan öncə isə 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi. Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay həbs cəzası çıxarmışdı.

Azərbaycanlı siyasi məhbus həbsini çəkib və tibbi məzuniyyətindən istifadə edirdi. Lakin o həbsdə olarkən rejim azərbaycanlı fəalı şərləyərək ona yenidən iş açıb və həbs etmişdi.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …