Çərşənbə , May 8 2024
azfa

Aylıq Arxivlər: Fevral 2024

Molla rejimi azərbaycanlı milli fəalı prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalı prokurorluğa çağırıb. Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Cəlal Dehqani ona qarşı irəli sürülən ittihamlarla bağlı olaraq Təbrizdə rejimin Prokurorluğuna çağırılıb. Məlumata görə, azərbaycanlı milli fəal fevralın 21-də prokurorluqdan İran hökumətinin Məhkəmə Sistemi tərəfindən elektron bildiriş alıb …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “TBA TV“də “”Güneylilər Azərbaycan müxalifətinin yanın da yer almalıdırlar”, deyənlərə..” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “TBA TV“də “”Güneylilər Azərbaycan müxalifətinin yanın da yer almalıdırlar”, deyənlərə..” mövzusunda çıxış edib. Sayın Əjdər bəy çıxışında həmçinin Güney Azərbaycanda siyasi fəalların əsasən Azərbaycan dövlətçiliyindən yana olması, …

Ətraflı oxu »

Bu gün Xocalı soyqırımının 32-ci ildönümüdür

GADTB: Bu gün XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım aktı törədib. Bu dəhşətli və misli-bərabəri olmayan qətliam zamanı yüzlərlə azərbaycanlı qətlə yetirilib, onlarla …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Xocalı soyqırımının ildönümü münasibətilə bildirişi

GADTB: Azərbaycan dövləti II Qarabağ müharibəsi və 1 günlük anti-terror tədbirləri ilə öz ərazi bütövlüyü və suverenliyini bərpa edərək Xocalını da azad etdi. Xocalı azad ediləndən bu yana ermənilərin 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə törətdiyi soyqırımın sübutları da bir-bir torpaq altından üzə çıxır. Əslində 1992-ci ildə fevralın 25-dən …

Ətraflı oxu »

Ermənistan yenə Azərbaycan ərazisini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, fevralın 24-ü saat 12:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Ətraflı oxu »

Güney Azərbaycandan “Qarabağ” futbol komandasına dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Güney Azərbaycan şəhərləri, xüsusilə Təbrizdə “Qarabağ” futbol komandasının qələbəsi qeyd edilib. Azərbaycanlı fəallar Təbriz şəhərində “Qarabağ” futbol komandasının “Braqa” komandası üzərində qalibiyyətindən sonra dəstək vərəqələri paylayıblar. Şəhərin ictimai yerlərində hazırlanıb yapışdırılan və paylanan “Birləşək” başlıqlı vərəqələrdə milli fəallar yazıblar: “Təbriz səni alqışlayır …

Ətraflı oxu »

Fəxrəddin Altundan Türkiye hərbi gücü ilə bağlı paylaşım

GADTB: Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyenin hərbi çəkindirmə qabiliyyətini sürətlə artırdığını bildirib. Fəxrəddin Altun bu barədə rəsmi internet səhifəsində paylaşım edib. Türkiyənin hərbi çəkindirmə qabiliyyətini sürətlə artırdığını deyən Fəxrəddin Altun bunun ən son nümunəsinin beşinci nəsil KAAN döyüş təyyarəsinin ilk uçuşu olduğunu qeyd edib. Prezident …

Ətraflı oxu »

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır. Azərbaycanlı fəal Salar Tahirəfşarın həbsindən 3 həftəyə yaxın vaxt keçsə də, o, hələ də ETTELAAT Nazirliyinin Evin həbsxanasındakı 209-cu bölməsində həbsdə saxlanılır. Tahir Əfşarın ailəsi bildirib ki, onun həbsxanaya …

Ətraflı oxu »

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını uğurla başa vurub. Bu barədə TRT məlumat yayıb. Məlumata görə, sınaq fəaliyyətində “Bayraqdar Akıncı C” 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.

Ətraflı oxu »

Ermənistan XİN: “Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasına hazırlıq gedir”

“Sputnik Armenia” xəbər verir ki, İran hökuməti Ermənistanın Təbrizdəki baş konsulluğunun açılışının 2024-cü ilin əvvəlinə planlaşdırıldığını bildirib. Məlumata görə, Ermənistan XİN bu haqda bildirib: “Nəzərinizə çatdırırıq ki, indi hazırlıq işləri görülür. Nazirlik əlavə proseslər haqqında lazımi məlumatı verəcək”. Qeyd olunub ki, daha öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan …

Ətraflı oxu »