Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalı prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəalı prokurorluğa çağırıb.

Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Cəlal Dehqani ona qarşı irəli sürülən ittihamlarla bağlı olaraq Təbrizdə rejimin Prokurorluğuna çağırılıb.

Məlumata görə, azərbaycanlı milli fəal fevralın 21-də prokurorluqdan İran hökumətinin Məhkəmə Sistemi tərəfindən elektron bildiriş alıb və ittihamlardan müdafiə olunmaq üçün Prokurorluğun 15-ci şöbəsinə getməlidir.

Qeyd olunub ki, o, 2022-ci il iyunun 26-da Təbriz şəhərində bir qrup milli fəalla birlikdə Urmiya gölünün qəsdən qurudulmasına etiraz edərkən həbs edilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …