Şənbə , İyun 22 2024
azfa

Gündəlik Arxivlər: İyun 14, 2024

Ermənistan yenə Naxçıvanı atəşə tutdu

GADTB: İyunun 14-ü saat 13:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Böyük Vedi rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Ətraflı oxu »

Azərbaycanlı milli fəal Behzad Xudabəndəlu məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı siyasi fəal Behzad Xudabəndəlu Qoşaçay şəhəri İkinci (İnqilab Məhkəməsi) 103-cü Cinayət şöbəsinə çağırılıb. Həmin siyasi fəal ötən ilin martında eyni işin istintaqında iştirak üçün Qoşaçay şəhər məhkəməsində olub. Qeyd edək ki, son günlər cənab Behzad Xudabəndəlu Azərbaycanın çoxlu sayda siyasi fəalı ilə …

Ətraflı oxu »

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəci 3 günlük məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal Əsgər Fərəcini 3 günlük məzuniyyətə buraxıb. Azərbaycanlı fəal fiziki vəziyyətinin pis olmasına baxmayaraq, lazımi tibbi yardımdan məhrum edilmişdi. Bir müddət öncə məhkumun ailəsinə yaxın olan məlumatlı mənbə onun son vəziyyəti ilə bağlı məlumat vermişdi: “Cənab …

Ətraflı oxu »

Azərbaycan tarixini məhv edənlər; Təhrif və müsadirə siyasətinin yüz illik hesabatı

GADTB: Tanınmış azərbaycanlı sənədli film rezissoru Məhəmməd Əlimuradi Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində yerləşən Suğurlu kompleksində “Güney Azərbaycanın tarixi sivilizasiyasını dağıdanlar” adlı videoçarxında İranda Azərbaycan türklərinin kimliyinin və mənəvi sərvətlərinin məhv edilməsindən danışıb. Məlumata görə, o, bir neçə gün öncə “İnstagram” hesabında paylaşdığı videoda İranda türk adlarının dəyişdirilməsini, təhrif edilməsini …

Ətraflı oxu »

Molla rejimin həbs etdiyi azərbaycanlı həkim xanım aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məşhədin Vəkilabad zindanında həbsdə saxlanılan və kütləvi etirazların məhbuslarından olan Fərzanə Qarahəsənli iyunun 9-dan aclıq aksiyası keçirir. Azərbaycanlı xanım Fərzanə Qarahəsənli tibbi xidmətlərdən məhrum edilməsi və həkim müayinəsinin olmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Bildirilib ki, onun bədəninin sol tərəfi tamamilə uyuşub və …

Ətraflı oxu »

Təbrizdə həbsdə saxlanılan azərbaycanlı fəallardan Evində aclıq aksiyası keçirən azərbaycanlı fəallara dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda İran rejimi tərəfindən qanunsuz olaraq Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslara dəstək davam edir. Təbrizdə həbsdə olan azərbaycanlı siyasi məhbuslar – boksçu Kərim İsmailzadə, Salar Tahir Əfşar və Milad Cəlili bildiriblər ki, Tehranda Evin zindanında aclıq aksiyası keçirən fəalların tələbinə …

Ətraflı oxu »

Evin zindanında azərbacanlı milli fəallar aclıq aksiyasına başlayıblar

GADYB: 4 aydan çoxdur Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılan bir neçə azərbaycanlı milli fəal aclıq aksiyasına başlayıb. Bu barədə həbsxanadakı mənbələrə istinadən insan haqları fəalları məlumat yayıblar. Tahir Nəqəvi və Hüseyn Pirinin də olduğu 3 nəfərlik məhbus qrupu qeyri-müəyyən şəraitdə saxlanılmasına, ETTELAAT əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz …

Ətraflı oxu »