Gündəlik Arxivlər: İyun 12, 2024

Sülhməramlılar Azərbaycan ərazisini tam tərk etdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “İranda prezident seçkiləri, Əliyev-Rəisi arasındakı razılaşmaların taleyi” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “Reaksiya TV”-də “İranda prezident seçkiləri, Əliyev-Rəisi arasındakı razılaşmaların taleyi” mövzusunda çıxış edib. Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında molla rejimin prezidentliyə namizədlərinin cinayətkar olması, Qalibaf və Cəlili …

Ətraflı oxu »

Təbrizdə milli fəallar prezident seçkilərini baykot etdi; Azərbaycan milləti qeyri-legitim hökumətlərin aləti olmayıb və olmayacaq

GADTB: Azərbaycan Milli Hərəkatının Təbriz şəhərindəki fəalları dünən İran adlanan yerdə prezidentliyə namizədlərin seçki kampaniyalarının başlaması ilə eyni vaxtda divarlara minlərlə vərəqə yapışdırıb və bildirdilər ki, Azərbaycan milləti heç bir diktatorun bayrağı altında olmayıb və rejimin əlaltısına da çevrilməyəcək. Bundan əvvəl isə Urmiya şəhərinin fəalları da seçkilərdə iştirak etməyəcəklərini bildirən …

Ətraflı oxu »

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlılarının təlimi başa çatdı – Video

GADTB: Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən “Qafqaz Qartalı – 2024” taktiki-xüsusi təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. “Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. “Qafqaz Qartalı – …

Ətraflı oxu »

ABŞ-da məhkəmə İranla bağlı iki nəfərə həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-da Məhkəmə İran neftini satmağa cəhd edən iki nəfərə həbs cəzası verib. Bu barədə ABŞ-in Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranın çirkli pullarının yuyulması ilə məşğul olan iki nəfər ümumilikdə 45 ay azadlıqdan məhrum ediliblər. Onların Texasda yaşayan Jeniyu Vang və Daniel …

Ətraflı oxu »

PKK terror təşkilatı İranın verdiyi raketlərdən Türkiyəyə qarşı istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror təşkilatı Türkiyə dronlarına hücum etmək üçün İrandan aldığı 358 tipli yer-hava raketindən istifadə edir. Bu barədə “Middle East Eye” məlumat yayıb. Həmin nəşr bildirib ki, bu raketdən istifadə etmək üçün PKK terror təşkilatının da radar qurğuları olmalıdır. Lakin belə bir imkan …

Ətraflı oxu »