Bazar ertəsi , Yanvar 13 2025
azfa

Gündəlik Arxivlər: Yanvar 13, 2025

Molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar aparır. Cenevrədə Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə problemi ilə bağlı qapalı danışıqlar başlayıb. Bu barədə İranın İSNA agentliyi məlumat yayıb. Danışıqlar mətbuata qapalı formatda aparılır.

Ətraflı oxu »

Azərbaycan Qafqazın ən güclü ölkəsidir

GADTB: Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib. Reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb. 2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub. Azərbaycan siyahıda …

Ətraflı oxu »

Azərbaycanlı fəal ekoloji problemi ictimailəşdirdiyi üçün prokurorluğa çağırılıb

GADTB: Güney Azərbaycanın Marağa şəhərində “Kave Soda” şüşə zavodunun ətraf mühiti çirkləndirməsi ilə bağlı məsələni ictimailəşdirdiyi üçün azərbaycanlı milli fəal Səid Minai prokurorluğa çağırılıb. Azərbaycanlı fəal özünün sosial media hesabında bu barədə paylaşım edərək yazıb: “Əziz dostlarıma və həmfikirlərimə salamlar və ən xoş arzularımı çatdırıram. Hörmətli dostlar və həmfikirlər, bildiyiniz …

Ətraflı oxu »

Molla rejimin həbsə məhkum etdiyi azərbaycanlı fəalların işi Apellyasiya Məhkəməsinə göndərilib

GADTB: Almaniyada olan aərbaycanlı vəkil Sina Yusifi özünün X səhifəsində Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunub, uzunmüddətli həbs cəzasına məhkum edilmiş bir qrup azərbaycanlı siyasi fəalın işinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərildiyini bildirib. Sina Yusifi öz sosial media hesabında yazıb: “Bu fəallardan bəziləri bir ilə yaxındır ki, müvəqqəti həbsdədir. …

Ətraflı oxu »

İshaq Cəhangiri: “Urmiya gölünün quruması 10 milyon insanın həyatına təsir edəcək”

GADTB: İranın keçmiş prezidenti Həsən Ruhaninin administrasiyasındakı birinci vitse-prezident İshaq Cahangiri Urmiya gölünün hazırkı vəziyyətinə toxunaraq deyib: “Allah göstərməsin, Urmiya gölü quruyarsa, bu, ən azı 10 milyon insanın həyatına təsir göstərəcək”. Cahangiri açıqlamasında deyib: “Urmiya gölü ilə bağlı bunun milli məsələ olduğunu qəbul etməliyik. Onu da bilməliyik ki, əgər Allah …

Ətraflı oxu »

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Güney Azərbaycan müstəqilliyinin zərurəti və onu tanıyacaq ölkələr.” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) başqanı sayın Mahmudəli bəy Çehrəqanlı “Güney Azərbaycan müstəqilliyinin zərurəti və onu tanıyacaq ölkələr.”  mövzusunda çıxış ediblər. Sayın Əjdər bəy və Mahmudəli bəy çıxışında həmçinin İran …

Ətraflı oxu »