Aylıq Arxivlər: Mart 2025

Molla rejimiTəbrizdə bayram tədbirinin keçirilməsinə icazə verilməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT qüvvələri bir qrup azərbaycanlı sənətçi və fəalın Təbrizdə Novruz toplantısı keçirməsinə mane olub.  Rejimin ETTELAAT qüvvələri azərbaycanlı sənətçi və fəalı həbs etməklə, cinayət işi qaldırmaqla və əraziyə qüvvə göndərməklə hədələyib. Molla rejimin ETTELAAT qüvvələri Novruz bayramı ərəfəsində bir qrup …

Ətraflı oxu »

Molla rejimi Trampın məktubuna cavabı Oman vasitəsilə göndərib

GADTB: irqçi fars molla rejimi Trampın məktubuna cavabı Oman vasitəsilə göndərib. İranın xarici işlər naziri Abbas Əraqçı bu barədə açıqlama verib. Əraqçı İRNA-ya müsahibəsində ABŞ prezidentinin məktubuna İranın rəsmi cavabının müvafiq qaydada və Oman vasitəsilə göndərildiyini açıqlayıb. “Bu rəsmi cavabda mövcud vəziyyət və cənab Trampın məktubu ilə bağlı fikirlərimizin tam …

Ətraflı oxu »

Türkiyə və ABŞ ”F-35” məsələsini müzakirə ediblər

GADTB: Hakan Fidan və Marko Rubio Türkiyənin F-35 proqramına yenidən qoşulması və CAATSA sanksiyalarının ləğvini müzakirə ediblər. Gələcəkdə keçiriləcək texniki müzakirələrdə problemlərin həll edilməsi gözlənilir. Türkiyə və ABŞ Vaşinqtonda aparılan danışıqlar zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olduqlarını bəyan ediblər. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi …

Ətraflı oxu »

Traxtur tərəfdarları həmin komandanın Alüminiumla oyununa Persepolisçi hakimin təyin edilməsinə etiraz edir

GADTB: Traxtur tərəfdarları Payam Heydərinin “Traxtur”la “Alüminium” oyununa hakim təyin edilməsi və VAR komandasında Hüseyn Ziyari və Məhnaz Zokainin olmasına öz etirazlarını bildiriblər. Bildirilir ki, Traxtur ilə uzun müddətdir ədavəti olan İran Futbol Federasiyası bu qarşılaşma üçün VAR hakimi kimi dövlətə məxsus Persepolis komandasına dəstək verən Məhnaz Zokaini təyin edib. …

Ətraflı oxu »

Qazaxıstan xarici işlər naziri: Bakı-İrəvan münasibətlərinin normallaşması geniş perspektivlər açır

GADTB: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiondan kənar bir çox ölkələr üçün geniş perspektivlər açır. Bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu bu gün Astanada regional məsələləri müzakirə etdiyi erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı bildirib. “Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması regiondan kənar bir çox ölkələr üçün …

Ətraflı oxu »

Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi farsların etirazına səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkianın öz şəhərində də öz dilində danışması irqçi farsların etirazına səbəb olur. İranda keçmiş nazir Pezeşkianın öz ana dilində müsahibə verməsinə qərəzli şəkildə reaksiya verib İranın keçmiş yol və şəhərsalma naziri rasist Abbas Axundi prezident Məsud Pezeşkianın Urmiya gölü haqda türk dilində müsahibə …

Ətraflı oxu »

Xəzər geri çəkilməsi sürətlənib- Video

GADTB: Son aylar Xəzər dənizinin suyunun Astara rayonu sahillərində geri çəkilməsi daha da aydın görünür. Dəniz suyunun çəkilməsi daha çox Şimali Azərbaycanın Astara şəhərinin “Bulvar” kompleksi ərazisində müşahidə olunur. Ekoloqlar bildiriblər ki, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla 1977-ci ildə müşahidə edilib. Maksimal səviyyə 1995-ci ildə …

Ətraflı oxu »

İranda edama məhkum edilmiş məhbus ailələri etiraza qalxıblar

GADTB: Tehrandakı bədnam Evin zindanında saxlanılan edama məhkum edilmiş məhbusların ailələri zindanın qarşısında toplaşaraqedam hökmlərinin ləğv edilməsini tələb ediblər. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının hesabatına əsasən, 2024-cü ildə İranda 900-dən çox insan edam edilib. Daxili və beynəlxalq etirazlara baxmayaraq, İran həbsxanalarında edam hökmlərinin verilməsi və icrası davam …

Ətraflı oxu »

Ərdoğan Zəngəzur dəhlizi daxil olmaqla bölgədə ticarət dəhlizləri yaratmağa təkid edib

GADTB: Bəsrə körfəzində Əl-Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Yaxın Şərq, Avropa arasında inkişaf və ticarət dəhlizlərini strateji tərəfdaşlarımızla birlikdə inşa edəcəyik. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “2030-cu il Sənaye və Texnologiya Strategiyası”nın təqdimat mərasimində deyib. Onun sözlərinə görə, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ölkənin sənayeləşmə təcrübəsini …

Ətraflı oxu »

ABŞ İranda yeni etiraz aksiyalarının başlaya biləcəyini bildirir

GADTB: ABŞ İranda yeni etiraz aksiyalarının başlaya biləcəyini bildirir. ABŞ kəşfiyyatı qlobal təhdidlərə dair illik hesabatında qeyd edib ki, İranda xalqın iqtisadi, siyasi və sosial narazılığı gələcəkdə daha çox daxili etirazlara yol aça bilər. Məlumata görə, İran iqtisadiyyatı zəif inkişaf, kəskin məzənnə dəyişikliyi və yüksək inflyasiya ilə üzləşən kövrək vəziyyətdədir. …

Ətraflı oxu »