Gündəlik Arxivlər: Mart 12, 2025

Təbrizdə tibb işçiləri etiraza qalxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə bir qrup tibb işçisi Nisfirah bölgəsindəki sağlamlıq mərkəzinin qarşında toplaşaraq etiraz aksiyası keçiriblər. Məlumata görə, etirazçı tibb işçiləri borclarının dərhal ödənilməsini, problemlərinin həllinə baxılmasını istəyiblər. Eyni zamanda, onlar ağır iş saatlarına da qarşı çıxıblar. Əllərində plakatlar tutan etirazçılar tələblərinin dərhal …

Ətraflı oxu »

Türk Dövlətləri Təşkilatının bayrağının yenilənməsi ilə bağlı mərasim keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatının yenilənən bayrağına keçidlə bağlı rəsmi mərasim keçirilib. Bu barədə Azərbaycanın İstanbuldakı Konsulluğu “X”də paylaşım edib. “İstanbulda işgüzar səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Türk Dövlətləri Təşkilatının yenilənən bayrağına keçidlə bağlı rəsmi mərasimdə iştirak edib”,- deyə paylaşımda bildirilib.

Ətraflı oxu »

Molla rejimi Azərbaycanlı şair Nizami Gəncəvini fars şairi kimi təqdim etməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycanla bağlı gün kimi aydın olan həqiqətləri belə təhrif etməyə çalışır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım günü münasibətilə “X” hesabında paylaşım edərək yazıb: “Farsdilli mütəfəkkir, alim və şair, öz hekayələri ilə sonrakı …

Ətraflı oxu »

Güney Azərbaycanın “Traxtur” komandası Asiya Çempionlar Liqasının yarımfinalına çıxa bilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” komandası cüzi xəta ilə Asiya Çempionlar Liqasının yarımfinalına çıxa bilməyib. “Traxtur” klubu Asiya Çempionlar Liqasının 1-ci yarımfinalı çərçivəsində Səudiyyə Ərəbistanının “Əl Tavun” komandası ilə qarşılaşıb. Martın 11-də Səudiyyə Ərəbistanının Borridə şəhərində keçirilən cavab qarşılaşmasının əsas və əlavə vaxtı 2-2 hesabı …

Ətraflı oxu »

Avropa İttifaqı: “İranın nüvə proqramını genişləndirməsi Tehranın öhdəliklərinə ziddir”

GADTB: Dünən BMT Təhlükəsizlik Şurasının iclasında Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İranın nüvə proqramını davam etdirməsinin Tehranın üzərinə götürdüyü öhdəlikləri ilə ziddiyyətli olması barədə xəbərdarlıq edib. Kaya Kallasın sözlərinə görə, “Birgə Hərtərəfli Fəaliyyət Planı” kimi kollektiv yanaşma problemin həllidir. Kallas bildirib ki, …

Ətraflı oxu »

Molla rejimi azərbaycanlı fəalı Evin zindanının 8-ci bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Vədud Əsədi ötən bazar ertəsi Tehranın Evin zindanının cinayət hökmlərinin icrası üzrə bölməsinə müraciət etdikdən sonra yenidən həbsə atılıb. Azərbaycanlı fəal milli-mədəni fəaliyyətləri ilə bağlı verilən cəzanı çəkmək üçün bu həbsxanaya köçürülüb. Məlumata görə, Evin həbsxanasının 8-ci bölməsində sıxlıq səbəbindən …

Ətraflı oxu »