Cümə , Aprel 26 2024
azfa

23 Aprel Türkiyə Cümhuriyyətinin dövlət bayramı – Milli Suverenlik və Uşaq Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 23 Aprel Türkiyə Cümhuriyyətinin dövlət bayramı – Milli Suverenlik və həm də Uşaq Günüdür.

1920-ci ilin 23 aprelində Ankarada Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi toplandı və türk xalqının Qurtuluş Savaşında – Cümhuriyyət quruculuğu yolunda tarixi bir səhifə açıldı.

Türkiyə respublikasının təşəkkülündən sonra bu tarixi gün rəsmi dövlət bayramı – Milli Suverenlik Günü (Ulusal Egemenlik Günü) kimi qeyd olunmağa başlandı və böyük öndər Atatürk 23 Apreli Türkiyə və dünya uşaqlarına bir bayram kimi ərməğan etdi.

Ötən əsrin 80-ci illərindən etibarən aprelin 23-ü Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı adı ilə iki böyük bayramı özündə birləşdirir. Bununla bərabər Türkiyə hər 23 apreldə dünyanın dörd yanından uşaqları bir araya gətirərək beynəlxalq festival şəklində bayramı böyük təmtəraqla qeyd edirdi. Lakin bu il, bütün dünyada olduğu kimi, Türkiyədə də korona virusu səbəbindən tətbiq edilən karantin rejimi bayramın əvvəlki kimi qeyd olunmasının qarşısını alır.

23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı 2020-ci ildə necə qeyd ediləcək? Sözügedən mövzu ilə əlaqədar Azərbaycanın “Mədəniyyət” rəsmi qəzetinə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım belə cavab verib: “Bildiyimiz kimi, 23 aprel 1920-ci il türk millətinin iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin açıldığı və ölkənin suverenliyini elan edilyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Atatürkün təşəbbüsü ilə 1929-cu ildən 23 aprel həm də Uşaq Bayramı kimi qeyd olunmağa başladı. Bu bayram Atatürkün dünya uşaqlarına bir hədiyyəsi, ərməğanıdır. 1979-cu ildən isə Türkiyə Uşaq Bayramı beynəlxalq status qazandı və o zamandan dünyanın müxtəlif ölkələrindən gələn uşaqlar bu bayramı türkiyəli həmyaşıdları ilə birlikdə qeyd edirdilər.

Təəssüf ki, bu il aprelin 23-də nəzərdə tutulan tədbirlər məlum səbəblərdən dəyişikliyə uğradı, video-toplantılar və digər şəkillərə keçdi. Bildiyiniz kimi, 2020-ci il Türkiyə Böyük Millət Məclisinin qurulmasının 100-cü ilidir və biz bunu daha təntənəli keçirmək istəyirdik, lakin məlum hadisələrə görə təxirə salındı. Düzdür, Milli Suverenlik və Uşaq Bayram ilə bağlı hazırlanan verilişlər, filmlər, video-çarxlar televiziya və sosial şəbəkələrdə paylaşılacaq. Amma bu ilin ən əsas dəyişikliyi ondan ibarətdir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə ictimaiyyətini 23 Aprel Milli Suverenlik və Uşaq Bayramında həmrəylik nümayiş etdirməyə çağırır. Belə ki, insanlar evlərində və ya yaşadıqları mənzillərin eyvanlarına çıxıb dövlət bayrağını dalğalandıraraq yerli vaxtla saat 21:00-da Türkiyə himnini – İstiqlal marşını oxuyacaqlar.

Qarşıdakı tədbirləri sağlıqlı günlərdə və daha gözəl şəkildə keçirəcəyimizə ümid edirəm və inanıram.

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə bütün həmvətənlərimi təbrik edirəm, uşaqları öpürəm. Gələcək nəsillər də Türkiyəmizə, türk dünyasına sahib çıxacaqlar”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın