Cümə , İyul 17 2026
azfa

23 vəkil və hüquqşünas açıq məktubla Tahir Nəqəvi və Vədud Əsədidən aclıq aksiyasını dayandırmağı xahiş etdi

GADTB: Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, 23 vəkil və hüquqşünas açıq məktub yayaraq Evin həbsxanasında saxlanılan vəkil Tahir Nəqəvi və azərbaycanlı ictimai fəal Vədud Əsədiyə müraciət edib, onların uzunmüddətli aclıq aksiyasını dayandırmalarını istəyiblər.

Məktubda bildirilib ki, bu iki siyasi məhbusun tələbləri tam şəkildə dəstəklənir və qeyd edilib:

«Biz, bir qrup dost və həmkarınız, işinizdə baş verən genişmiqyaslı hüquq pozuntularına dair tələb və etirazınızı qeyd-şərtsiz dəstəkləyirik. Lakin sizdən xahiş edirik ki, həyatınızı — İranın sabahı üçün dəyərli bir sərmayəni — qorumaq naminə aclıq aksiyanızı dayandırın. Biz səsinizi eşitmişik.»

Məktuba imza atan hüquqşünaslar bunlardır:

Əmir Salardaudi, Əmir Mehdi Pur, Bəhnam Nəzadi, Həsən Kia, Hüseyn Bəyyat, Hüseyn Rəisi, Səhilə Sədəqiani, Sina Yusufi, Şirin İbadi, Əli Nəsri, Manuş Mənucəhri, Məhəmməd Seyfzadə, Məhəmmədhadi Cəfərpur, Məryəm Abedi, Müstəfa Dəneşcu, Mehrangiz Kar, Məhənaz Pərakənd, Möin Xəzaeli, Musa Bərzin, Nəsrin Sotude, Neyrə Ənsari, Hadi Şərifzadə və Hirbəd Dəxqani-Əzər.

İmzaçılar qeyd ediblər ki, Tahir Nəqəvi və Vədud Əsədiyə “ədalətsiz həbs, insan ləyaqətinə zərər, qanunsuz məhkəmə prosesləri” nəticəsində tətbiq edilən rəftarlar tamamilə qəbuledilməzdir və onlar “heç bir halda təhqiramiz davranışa və hüquqlarının pozulmasına layiq deyillər”.

Məlumatlara əsasən, Tahir Nəqəvi və Vədud Əsədinin səhhəti hər gün daha da pisləşir və onların sağlamlığı ilə bağlı ciddi narahatlıq yaranıb. Fiziki vəziyyətlərinin ağır olmasına baxmayaraq, hər iki fəalın tibbi yardıma çıxışı məhduddur. Bu məhrumiyyət BMT-nin məhbuslara münasibətlə bağlı minimum standart qaydalarının (Mandella Qaydaları) və İranın Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı üzrə öhdəliklərinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

Böyük Britaniya: Sepaha dəstək və ya yardım 14 ilədək həbs, təxribat isə ömürlük həbs cəzası ilə nəticələnə bilər

GADTB: Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Sepahın daha əvvəl “Milli Təhlükəsizlik: Dövlət Təhdidləri” qanunu çərçivəsində …

Azərbaycan qırıcılarını havaya qaldırdı

GADTB: Azərbaycan Müdafiə Nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava …