Tahir Nəqəvinin ailəsinə məxsus bağa molla rejimin qüvvələri növbəti dəfə basqı edib

GADTB: 27 Aban tarixində səhərdən axşamadək molla rejimin mülki geyimli qüvvələri iki dəfə olmaqla, ümumilikdə təxminən 9 polis və təhlükəsizlik maşını ilə birlikdə Tahir Nəqəviyə məxsus, hazırda kirayəçilərin yaşadığı bağ evinə hücum edərək axtarış aparıblar.

Yaxınların bildirdiyinə görə, məmurlar bağın ərazisinə daxil olaraq bütün əşyaları və məkanı dağıdıb, kirayəçiləri təşvişə salıb və onlara ciddi narahatlıq yaradıb.

Bu hadisə son aylarda azərbaycanlı vəkil və ictimai fəal Tahir Nəqəvi və onun ailəsinə qarşı artan təzyiqlərin davamı kimi qiymətləndirilir. Məhkəmə orqanları daha əvvəl Nəqəvinin vəkillik fəaliyyətini dayandırmış, indi isə kirayəçilərə davamlı olaraq maneələr yaratmaq və iqtisadi təzyiq göstərməklə ailənin dolanışıq yollarını bağlamağa çalışdıqları bildirilir. Son bir il ərzində ona qarşı bir neçə uydurma maliyyə işi açılmış, milyardlarla tümənlik qiyabi hökmlər çıxarılmış, lakin vəkillərin müdaxiləsi ilə bu hökmlər ləğv edilmişdi.

Hazırda Evin həbsxanasının 240-cı korpusunda saxlanılan azərbaycanlı siyasi məhbus Tahir Nəqəvi müalicədən məhrum edilməsi, təhlükəsizlik qüvvələrinin yeni saxta ittihamlar yaratması və müxtəlif ayrı-seçkiliklərə etiraz olaraq aclıq aksiyası keçirir. Onun ailəsi son həftələr ərzində səhhəti ilə bağlı dərin narahatlıq səbəbilə Evin həbsxanasının qarşısında etiraz aksiyaları keçirib.

Yaxınlar bildirirlər ki, bu gün keçirilən basqın həmin ailəyə və ətrafdakı insanlara qarşı aparılan çoxşaxəli təzyiq kampaniyasının növbəti mərhələsidir.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …