Cümə , Fevral 13 2026
azfa

26 Azərdə işğalçı fars rejimin türkcə kitabları yandırması münasibətilə Təbrizdə afişalar paylanıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 26 Azərdə (1946-cı il dekabrın 17-də) Güney Azərbaycanda işğalçı fars rejim tərəfindən türkcə kitabların yandırılması və mənəvi soyqırım münasibətilə Təbrizdə azərbaycanlı fəallar afişalar hazırlayıb, divarlara yapışdırıb və ya paylamışlar.

Afişalar üzərində həmin mənəvi soyqırım pislənib və insanlara 26 Azər mənəvi soyqırımı barədə məlumat təqdim edilib. Afişaların üzərində “26 Azər – türkcə kitabların yandırılmasını qınayırıq” və “Bu faşizm hərəkətini pisləyirik” sözləri yazılıb.

Həmçinin Güney Azərbaycan şəhərlərində azərbaycanlı fəallar divarlara ana dilində təhsil tələbi ilə şüarlar yazıblar.

Qeyd edək ki, işğalçı fars rejimi 1946-cı ilin dekbar ayında Güney Azərbaycana hücum edərək, Azərbaycan Milli Hökumətini süquta uğratmış və 30000 azərbaycanlını soyqırıma məruz qoymaqdan əlavə 26 Azərdə türkcə kitabları toplayaraq yandırmış və mənəvi soyqırım həyata keçirmişdir.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın