Cümə axşamı , Avqust 20 2026
azfa

68 günlük mübarizədən sonra Əhərdə azərbaycanlı körpəyə Əlihan adına doğum haqqında şəhadətnamə almaq mümkün olub

GADTB: Əhərdə azərbaycanlı ailə 68 günlük məhkəmə çəkişməsindən sonra Rza rejimin Vətəndaşlıq Dairəsi İdarəsini yeni doğulan uşaqlarına Əlihan adına doğum haqqında şəhadətnamə ala biliblər

Azərbaycanlı körpənin atası atası Rza Cədidi Balamın Adı kampaniyasına bu barədə deyib:

“Oğlumuz 2025-ci il iyulun 15-də dünyaya gəlib və ona Əlixan adını seçmişik. Ancaq Əhər Vətəndaşlıq Dairəsi işçiləri bu adı qeydiyyata almaqdan imtina etdilər. Bundan sonra biz “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə əsasən, yalnız “İslam dininin müqəddəsliklərini ləkələyən, təhqiredici və ya şəxsin cinsinə uyğun gəlməyən adların qadağan olunduğunu” bildirərək məhkəməyə şikayət etməyə məcbur olduq. Avqustun 30-da Əhər Sülh Məhkəməsinin Birinci Şöbəsi vətəndaşlıq qeydiyyatı idarəsini qınadı və övladımıza Əlihan adı ilə doğum haqqında şəhadətnamə verməyi əmr etdi. Məhkəmənin qərarına baxmayaraq, Əhər vətəndaşlıq qeydiyyatı məmurları doğum haqqında şəhadətnamələrin verilməsinə mane oldular və Tehrrandan razılıq olmalı olduğunu dedilər. Və nəhayət, şənbə günü, 68 gündən sonra övladımıza doğum haqqında şəhadətnamə verdilər.” – deyə Rza Cədidi bildirib.

Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, quru süd payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar. Ekspertlər hesab edirlər ki, bu ayrı-seçkiliyə son qoymağın yolu “Vətəndaşlıq qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik etməklə “valideynlərin adını seçmək hüququ”nun təmin edilməsindən keçir.

İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Təbrizdə molla rejimin Kəşfiyyat İdarəsi əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edib

GADTB: Təbrizdə İran rejiminin Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edərək mənzildə …

Tramp İrana qarşı «ən sarsıdıcı iqtisadi əməliyyatın» başlandığını açıqladı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran rejiminə qarşı «indiyədək hər hansı bir ölkəyə qarşı həyata …