Bazar , Oktyabr 18 2026
azfa

Tramp: İran “terrorizmin ən böyük sponsorudur” və nüvə silahına malik olmamalıdır

GADTB: Amerika prezidenti BMT Baş Assambleyasındakı çıxışında İranı “dünyada terrorizmin ən böyük sponsoru” adlandırıb və deyib ki, bu ölkə heç vaxt nüvə silahına malik olmamalıdır.

Donald Tramp çıxışın nüvə silahını bəşəriyyət üçün ən böyük təhlükə adlandırıb.

Tramp deyib: “Mənim mövqeyim çox sadədir: dünyada terrorizmin ən böyük sponsoru olan dövlətin ən təhlükəli silaha sahib olmasına icazə verilməməlidir.”

Onun sözlərinə görə, prezidentliyinin ikinci müddətinə başladıqdan az sonra Əli Xameneiyə məktub yazaraq tam əməkdaşlıq müqabilində İranın nüvə proqramını dayandırmaq üçün “səxavətli təklif” edib. İranın cavabı isə qonşularını və Amerikanın maraqlarını təhdid etmək olub.

O, çıxışında İran və İsrail arasında 12 günlük müharibəyə toxunaraq deyib ki, İranın hərbi komandirlərindən heç biri hazırda sağ deyil.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …