“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədi ilə bağlı bəyanat yayıb.

Bəyanatda İranın yeni prezidenti Məsud Pezeşkiandan real dəyişikliklər etmək üçün ölüm hökmlərini dayandırmaqla başlaması  istənilib.

“İran hökuməti nəinki amansız şəkildə qadın fəalları hədəfə alır, həm də etnik azlıqlara aid qadınlara daha çox repressiyalar və hücumlar həyata keçirir. Əgər Məsud Pezeşkian real dəyişikliyin nümayəndəsi olduğunu göstərmək istəyirsə, onda bu yöndə addım atmağa başlasın”,- təşkilatın İran məsələləri üzrə araşdırmalarının rəhbəri Nahid Nəqşbəndi deyib.

O, yeni Prezidentin dinc etiraz etdiklərinə görə həbs edilən bütün məhbuslarının sərbəst buraxılması ilə bağlı göstəriş verməsini istəyib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  “xaricdə sistemə müxalif olan təşkilata üzv olmaq” ittihamına görə edama məhkum edilib.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …