Molla rejimi günahsız ukraynalıları qətliam etmək üçün Rusiyaya yüzlərlə “Fəth” raketi verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi günahsız ukraynalıları qətliam etmək üçün Rusiyaya yüzlərlə “Fəth” raketi verəcək.

Bu barədə “Röyters” agentliyi Avropa kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, onlarla rus hərbçisi hazırda İranda “Fəth-360” ballistik raket sistemindən istifadə etmək üçün təlim keçir. Ukraynadakı müharibə üçün yüzlərlə peyklə idarə olunan silahın Rusiyaya tezliklə çatdırılması nəzərdə tutulur.

“Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ötən il dekabrın 13-də Tehranda İran rəsmiləri ilə İranın dövlət aerokosmik sənaye təşkilatı tərəfindən yaradılmış “Fəth-360” və digər ballistik raket sistemi üçün müqavilə imzalayıblar”, – nəşr yazıb.

Artıq onlarla rus hərbçisi İranda Fəth-360 yaxın mənzilli ballistik raket sistemindən istifadə etmək üçün təlim keçir.

Bu barədə iki Avropa kəşfiyyatı mənbəsi Reuters agentliyinə bildiriblər.

Qeyd edilib ki, Rusiya Ukraynada müharibəsi üçün yüzlərlə peyklə idarə olunan silahların tezliklə çatdırılmasını gözləyir.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …