Cümə , Oktyabr 16 2026
azfa

Qəzvində pulları mənimsəlinən əhali etiraz aksiyası keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qəzvin bölgəsində yerləşən Takistanda avqustun 9-da etiraz aksiyası keçiriib.

“Təravət Novin” Avtomobil Şirkəti tərəfindən pulları mənimsənilən Takistan əhalisi şəhər qubernatorluğu qarşısına toplaşıblar.

Aksiya yerinə polis qüvvələrinin cəlb olunmasından sonra etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etiraz edən əhali dövlətin himayəsində olan avtomobil şirkətinin çox sayda vətəndaşın pulunu almasına baxmayaraq, illərdir avtomobillərini təhvil vermədiyinə etiraz ediblər.

Qeyd edək ki, son aylarda bir aldadılan əhali neçə dəfə aksiya keçirsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları verilmir.

Həmçinin yoxlayın

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …