Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalı cərimə cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 26-da İran məhkəməsində “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamları ilə mühakimə edilən güneyli milli fəal Behzad Xudabəndəlu barəsində hökm çıxarılıb.

Azərbaycanlı fəal “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamlarına görə cərimlənib. “Dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamı isə onun üzərindən götürülüb.

Behzad Xudabəndəlu “yalan məlumatlar yaymaq və ictimai rəyi çaşdırmaq” ittihamına görə 6 milyon 600 min tümən cərimə olunub.

Qeyd edək ki, bu hökm Qoşaçay (Miandoab) şəhər İnqilab Məhkəməsi tərəfindən Behzad Xudabəndəlunun vəkilinə bildirilib.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …