Cümə axşamı , Oktyabr 15 2026
azfa

Fransa məhkəməsindən Durovla bağlı yeni qərar

GADTB: Fransa məhkəməsi Teleqramın təsisçisi Pavel Durovun həbs müddətini uzadıb. Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Fransada sorğu-sual üçün ilkin həbs müddəti maksimum 96 saat davam edə bilər.

Bu müddətin sonunda hakim ya saxlanılan şəxsin azadlığa buraxılması barədə qərar verə bilər, ya da ona qarşı ittiham irəli sürə bilər.

Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …